Qaydalar və Şərtlər 

(Ay Sürücü Platforması vasitəsi ilə Ayıq Sürücü xidmətlərinin göstərilməsinə dair)

 

            Bu Razılaşma (bundan sonra “Razılaşma” adlandırılacaq) elektron sənəd mübadiləsi yolu ilə Bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə və öz Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən "Ay Sürücü" MMC, (bundan sonra “Vasitəçi” adlandırılacaq) və digər tərəfdən Azərbaycan Respublikası vətəndaşı, Ay sürücü Platformasından online qeydiyyatdan keçməklə istifadəçilər üçün nəzərdə tutulmuş qaydalar və şərtlərlə razılaşmış ayıq sürücü arasında (bundan sonra “Ayıq sürücü” adlandırılacaq) aşağıdakı şərtlərlə bağlandı:

 

1. VasitəçiAy Sürücü Platforması”ndan (bundan sonra Platforma) istifadə etməklə olduğu yerdən təyinat nöqtəsinə çatdırılmasını istəyən İstifadəçilərin Ayıq Sürücüyə yönləndirilməsini təmin etməyi, Ayıq sürücü isə Platforma vasitəsilə bağlanmış online çatdırılma müqaviləsinə uyğun olaraq sifarişin təhlükəsiz və dəqiq yerinə yetirilməsini təşkil etməyi öhdəsinə götürür. 

2. Bu razılaşmanın 1-ci bəndində qeyd edilmiş sifarişin vaxtında, təhlükəsiz və dəqiq (qüsursuz) yerinə yetirilməsi məqsədi ilə Ayıq Sürücü müvafiq sifarişi spirtli içkilərin və/və ya narkotik vasitələrin təsiri altında olduğu müddət ərzində qəbul etməyəcəyini, əks təqdirdə, həmin halda qəbul edilmiş sifarişlərin icrası zamanı Vasitəçinin, İstifadəçinin və Üçüncü Şəxslərin həyat və sağlamlıqlarına dəyən zərərə (ziyana) görə inzibati və/və ya cinayət məsuliyyət daşıyacağını, o cümlədən, əmlaka dəyən zərərə görə şəxsən tam maddi məsuliyyət daşıyacağını qəbul və təsdiq edir.

3. Ayıq sürücü bağlanmış online çatdırılma müqaviləsi üzrə istifadəçinin təyinat nöqtəsinə vaxtında və təhlükəsiz çatdırmağı öz öhdəsinə götürməklə yanaşı ona çatası ödənişin (AZN-pul vəsaitinin) ( Faktiki Çatdırılma Qiyməti) və vasitəçilik xidmətlərinə görə Vasitəçiyə çatacaq muzdun Vasitəçi tərəfindən müəyyən edilməsinə etiraz etmir. 

4. Ayıq sürücü müştəri tərəfindən Vasitəçinin kart hesabına ödənilmiş vəsaitin ona çatası hissəsini tapşırığı uğurla yerinə yetirdikdən sonra Vasitəçidən tələb edə bilər (Qeyd: Ödəniş Vasitəçi tərəfindən tapşırığın icra anına dərhal Ayıq sürücünün bank kartına ödənilir). Ayıq sürücü öz xidmətini qüsursuz və dəqiq yerinə yetirməlidir. Ayıq sürücü “Ay Sürücü” şirkətinin  müvafiq bank hesabında balansına minimum 10 manat olmaqla pul köçürməli və aktiv saxlamalıdır. 

5. Vasitəçi Ayıq sürücünün xidməti yerinə yetirməsinə Platforma vasitəsi ilə nəzarət edir və Ayıq sürücü barəsində şikayət daxil olarsa öz mülahizələri üzrə müvafiq tədbirlər görəcəkdir. Ayıq sürücü mobil tətbiqdən sifariş qəbul etdikdən sonra gün ərzində həmin gedişlər üzrə 2 dəfə xidmətdən imtina edərsə Ayıq sürücü və sifarişçi dərhal bloklanacaqdır. Bu zaman Ayıq Sürücü Vasitəçi tərəfindən həyata keçirilən tədbirlərə etiraz etməyəcək və həmin tədbirlərin görülməsinə səbəb olan hərəkət və/və ya hərkətsizlik nəticəsində Vasitəçiyə, İstifadəçilərə və/və ya Üçüncü şəxslərə dəymiş zərəri tamamilə ödəyəcəkdir.

6. Vasitəçi Ayıq sürücü və İstifadəçi arasında online çatdırılma müqaviləsi yerinə yetirilən zaman yaranan mübahisələrə qarışmır və hər hansı məsuliyyət daşımır.. Sifarişçinin mobil tətbiq vasitəsilə verdiyi sifariş üzrə müştərinin nəqliyyat vasitəsi ilə olduğu yerdən təyinat nöqtəsinə çatdırılmasınadək baş verə biləcək yol nəqliyyat hadisəsinə (sığorta hadisəsinə (lərinə)) görə Ay Sürücü şirkəti heç bir məsuliyyət daşımır və belə hadisəyə görə sürücü cavabdehdir.

7. Bu Razılaşma imzalandığı gündən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədə olacaq. 

8. Həm Vasitəçi, həm də Ayıq sürücü ən azı bu Razılaşmanın birinci ili ərzində 1 (bir) ay əvvəlcədən, ikinci ili ərzində 2 (iki) ay əvvəlcədən və iki ildən sonra qüvvədə olduğu təqdirdə, 3 (üç) ay əvvəlcədən bildiriş verməklə istənilən vaxt Razılaşmanı səbəbsiz olaraq ləğv etmək hüququna malikdir. 

9. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən həll edilir.

10. Əgər bu Razılaşmanın hər hansı müddəası və ya bu cür müddəanın hər hansı fiziki şəxs, hüquqi şəxs və ya hadisəyə tətbiqi aidiyyəti olan məhkəmə tərəfindən etibarsız, qeyri –qanuni və ya iddia üçün əsassız hesab edilərsə, bu Razılaşmanın digər şərtlərinə heç bir halda təsir göstərməyəcək, onların etibarsız, qeyri-qanuni və ya əsassız hesab edilməsinə səbəb olmayacaq.

11. Bu Razılaşma Azərbaycan dilində tərtib olunmuş və elektron sənəd mübadiləsi yolu ilə təsdiq edilmişdir.

12. Ayıq Sürücü bu razılaşmanı elektron qaydada təsdiq edərək bu razılaşma ilə nəzərdə tutulmuş şərtlərlə,  eyni zamanda, Platformadan istifadə qaydaları ilə tanış olduğunu və Platformadan istifadəyə elektron müraciətin və elektron təsdiqin onların əl imzasının analoqu kimi qəbul ediləcəyini bildirir.