Qaydalar və Şərtlər

(Ay Sürücü Platformasından istifadəyə dair)

 

Ayıq Sürücü Platformasından İstifadə Qaydaları (Bundan sonra Qaydalar) Ay Sürücü Platformasından istifadəyə dair əsas müddəaları və şərtləri özündə əks etdirməklə, gələcəkdə Ay Sürücü Platformasının İstifadəçiləri və Ayıq Sürücüləri ilə həmin Platformanın işinin tənzimlənməsini həyata keçirən Vasitəçi arasında elektron sənəd mübadiləsi yolu ilə bağlanılacaq müqavilələr ilə birlikdə tərəflər arasında yaranan münasibətləri tənzimləyir.

Platformadan istifadəyə keçid edilməsi bu qaydaların təsdiq edilməsi mənasını ifadə edir. 

       Bu qaydalar istənilən vaxt Vasitəçi tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Qaydaların dəyişdirilməsindən sonra Platformadan yenidən istifadə edilməsi Qaydalara edilmiş əlavə və dəyişikliklərin təsdiq edilməsi deməkdir.

Vasitəçi istənilən vaxt Platformanın fəaliyyətini müvəqqəti və ya daimi olaraq dəyişdirmək, ona düzəliş etmək və ya onu dayandırmaq hüququna malikdir.

 

Bu Qaydalarda istifadə edilən anlayışlar: 

1. Faktiki Çatdırılma Qiyməti və ya ödəniş- hər bir çatdırılmanın Ayıq sürücüyə əvəzi ödənilməli olan ümumi faktiki qiyməti deməkdir. Faktiki Çatdırılma Qiymətinin məbləği bu Müddəalara uyğun olaraq hesablanır. 

2. Vasitəçilik Muzdu – Ayıq sürücüyə vasitəçilik xidmətləri göstərilməsi üçün Ayıq sürücü tərəfindən Vasitəçiyə ödənilən muzd deməkdir. 

3. Balans – Platformada Ayıq sürücünün bu Müddəalara uyğun olaraq hesablanmış hesab balansı deməkdir. 

4.  Ay Sürücü Platforması -  Müştərinin olduğu yerdən seçimi üzrə qaydalar çərçivəsində təyinat nöqtəsinə çatdırılması ilə bağlı sifariş verməsinə, Müştəri ilə Ayıq sürücü arasında verilmiş sifariş üzrə çatdırılma müqaviləsinin bağlanmasına və müştərinin olduğu yerdən seçimi üzrə göstərilən təyinat nöqtəsinə çatdırılması üzrə sifarişini Ayıq sürücüyə təklif etməyə imkan verən informasiya cəmiyyəti xidməti olaraq Vasitəçi tərəfindən idarə olunan Platforma və ya tətbiqi proqram deməkdir. 

5. Müştəri - Sifariş vermiş və Platforma üzərindən Ayıq sürücü ilə Çatdırılma Müqaviləsi bağlayan İstifadəçi.

6. Konfidensial Məlumat - kommersiya sirləri və konfidensial xarakter daşıyan digər məlumatlar (o cümlədən, lakin bunlarla məhdudlaşmadan, bütün mülkiyyətlə əlaqəli, texniki, sənaye və kommersiya məlumatları, müştərilərin və təchizatçıların hər hansı formada saxlanılan məlumatları və üsulları) deməkdir. 

7. Ayıq sürücü – Platforma vasitəsilə verilmiş sifariş üzrə müştərinin olduğu yerdən təyinat nöqtəsinə çatdırılma xidmətinin təchizatçısı kimi Platformada qeydiyyatdan keçmiş hər hansı fərdi sahibkar və ya hüquqi şəxs və müvafiq hallarda, onun işçiləri və/ və ya podratçıları deməkdir. 

8. Ayıq sürücü haqqı - Müştərinin Çatdırılma Müqaviləsinə əsasən Ayıq sürücüyə ödədiyi Sifarişlə əlaqəli çatdırılma xidməti üçün haqq deməkdir. Ayıq sürücü haqqı bu Müddəalara uyğun olaraq hesablanır. 

9. Online Çatdırılma Müqaviləsi (Çatdırılma müqaviləsi) – Sifariş barədə təklifi, onun təsviri və yerinə yetirilməsi üçün müddəaları özündə təsbit edən və Müştəri ilə Ayıq sürücü arasında Platforma vasitəsilə bağlanan online müqavilə deməkdir. 

10. Müştərinin olduğu yer – Platformada sifariş verildiyi zaman müştərinin olduğu yer - ünvan (carı vəziyyətdəki yeri) nəzərdə tutulur.  

11. Təyinat nöqtəsi -  Müştərinin Platformadan istifadə nəticəsində verdiyi sifariş üzrə getmək istədiyi yer - ünvan nəzərdə tutulur.  

12. Ticarət məkanı – Platformanın Ayıq sürücülər tərəfindən tələbat üzrə göstərilən çatdırılma xidmətlərindən istifadəsini asanlaşdıran tənzimləmələri və funksiyalarının tətbiq edildiyi Platformadakı təsviri deməkdir. 

13. Sifariş - Müştərinin Ayıq sürücüyə Platforma vasitəsi ilə etdiyi olduğu yerdən təyinat nöqtəsinə çatdırılma barədə sifarişi deməkdir.

14. Təklif - bir və ya daha çox Ayıq sürücüyə göndərilən Sifarişin götürüldüyü vaxtı və yeri göstərən siqnal deməkdir.

15. Elektron sənəd mübadiləsi - yazılı informasiya sistemində elektron formada təqdim edilən elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesi.

16. Elektron sənəd – şəxsi imzanın analogundan (Elektron (Asan) imza, Müştərinin və/və ya Ayıq Sürücünün müvafiq Platformanın xidmətlərindən istifadə niyyəti ilə bağlı istənilən hərəkət və s.) istifadə etməklə təsdiq olunmuş müqavilə, saziş, razılaşma, ərizə və s. istənilən məzmunlu əqd.

17. Elektron sənəd dövriyyəsi vasitələri - elektron sənəd mübadiləsində istifadə olunan proqramlar, texniki vasitələr, texnologiyalar və elektron cihazlar.

 

Preambula:

  1. Platforma Müştəriyə onun olduğu yerdən təyinat nöqtəsinə çatdırılması ilə bağlı sifariş etməyə, Ayıq Sürücü tərəfindən isə sifarişin icrasını təmin etməyə imkan yaradır. Sifarişin yerinə yetirilməsi məqsədi ilə Müştəri Platformaya həmin Platformada əvvəlcədən qeydiyyatdan keçmiş Ayıq Sürücülərdən hər hansı biri tərəfindən müraciətinin qəbul edilməsi ilə bağlı müraciət edir. Bu zaman, Ayıq Sürücü tərəfindən sifarişin qəbul edilməsi Müştəri ilə Ayıq Sürücü arasında daşıma xidmətlərinin göstərilməsinə dair müvafiq müqavilənin (Bundan sonra Müqavilə) bağlanması hesab edilir.
  2. Vasitəçi yalnız Platformanın fasiləsiz və dəqiq fəaliyyətini təmin edir, o cümlədən, Ayıq sürücülərin agenti – vasitəçisi kimi çıxış edir. Müştəri ilə Ayıq Sürücü arasında bağlanmış müvafiq müqavilə üzrə Vasitəçi hər hansı məsuliyyət daşımamaqdadır. Belə ki, Ayıq Sürücü “Ay Sürücü” MMC-də işləmir və Vasitəçinin subpodratçısı kimi çıxış etmir. 
  3. Müqavilə üzrə Vasitəçi Ayıq sürücülərin xeyrinə və/ və ya onların adından Müştərilərdən müəyyən ödənişləri alır və əldə etdiyi vəsaiti Ayıq sürücülər arasında bölüşdürür. 

Platformada xidmətlərin icrasının təmin edilməsi:

  1. Ayıq sürücülər çatdırılma xidmətini təmin etmək üçün müştərinin mülkiyyətində olan və/və ya müvafiq etibarnaməyə əsasən onun sahiblik və istifadəsinə verilmiş nəqliyyat vasitəsindən istifadə edir. Bu zaman Ayıq Sürücü Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs olmaqla həmin nəqliyyat vasitəsindən istifadə edir.
  2. Ayıq sürücü Müştəriyə məxsus nəqliyyat vasitəsindən istifadə etmək və onları idarə etmək üçün bütün müvafiq qanun və qaydalara (məsələn, lisenziyalar, sığortalar və s.) riayət edilməsinə, o cümlədən, sürücülük vəsiqəsinin olmamasına və/və ya sürücülük hüququnun hər hansı səbəbə görə məhdudlaşdırılmasına baxmayaraq nəqliyyat vasitəsini idarə etməsinə görə tam məsuliyyət daşıyır. 
  3. Ayıq sürücü qəbul edilmiş Sifarişi Platformada göstərilən vaxta və yerə uyğun qəbul edərək icra edir.
  4. Ayıq sürücü çatdırılma marşrutunu öz mülahizəsinə əsasən seçə bilər, bu şərtlə ki, tıxac və hava şəraiti nəzərə alınmaqla, Sifariş ağlabatan şəkildə mümkün olan ən qısa müddətdə Platformada göstərilən ünvana münasibətdə yerinə yetirilsin. Platforma Sifarişin yerinə yetirilməsi barədə Ayıq sürücü üçün məcburi olmayan təklif olunan marşrutu və təxmini çatdırılma müddətini hesablayır.
  5. Vasitəçidən hesab məlumatlarını aldıqdan sonra Ayıq sürücü, onun smartfonunda və ya planşetində Platformadan istifadə etməyə başlaya bilər. Vasitəçi, Platformaını istifadə etmək üçün cihaz və ya zəruri internet bağlantısı təmin etmir. Vasitəçi hər hansı bir cihazda Platformanın səmərəli işləməməsinə görə məsuliyyət daşımır. 
  6. Ayıq sürücü, çatdırılma xidmətinin göstərilməsi zamanı Müştəriyə çatdırılma xidmətinin göstərilməsinə tətbiq olunan bütün müvafiq qanun və qaydalara və göstərilən bütün tələblərə riayət etdiyinə zəmanət verir.
  7. Ayıq sürücü Platformanı bu Müddəalara uyğun olmayan şəkildə və ya məqsədlər üçün istifadə edə bilməz və başqa şəkildə Platformanı aldada bilməz.
  8. Ayıq sürücü, Platformada qeydiyyatda olduğu bütün müddət ərzində çatdırılma xidməti göstərə bilər. Platformaya əsasən çatdırılma xidməti göstərərkən Ayıq sürücüyə, rəqib çatdırılma platformasının hər hansı loqosunu və ya markasını əks etdirən və ya özündə ehtiva edən hər hansı geyim, aksessuar və ya avadanlıqdan istifadə etmək qadağandır. Hər bir halda, Ayıq sürücü, Vasitəçi loqolarını və ya markasını nümayiş etdirən hər hansı geyim, aksessuar və ya avadanlığı rəqib çatdırılma platformasının loqosunu və ya markasını əks etdirən hər hansı geyim, aksessuar və ya avadanlıqla birlikdə istifadə edə bilməz. 
  9. Ayıq sürücü, öz mülahizəsinə əsasən Platformada çatdırılma xidmətinin göstərilmə vaxtını və müddətini seçə bilər. Yuxarıda göstərilənlərə baxmayaraq, Ayıq sürücü xidmətlərin göstərilməsini dayandırmazdan əvvəl qəbul edilmiş hər hansı Sifarişin yerinə yetirilməsini təmin etməlidir. 
  10. Ayıq sürücü özü və müvafiq hallarda, işçiləri və / və ya podratçıları tərəfindən bu Müddəalara və çatdırılma xidmətinin göstərilməsinə dair tələblərə əməl edilməsini təmin edəcək və buna görə məsuliyyət daşıyacaqdır. “Ay Sürücü”nün işçiləri və / və ya podratçıları tərəfindən həyata keçirilən çatdırılmalar üçün müvafiq bank hesabına və ya nağd şəkildə ödəniş etməlidir. Müştəri  mobil tətbiqdən sifariş etdikdən sonra ay ərzində ümumi gedişlər üzrə 3 dəfə xidmətdən imtina edərsə dərhal bloklanacaqdır.
  11. Müştəri, Platforma vasitəsilə çatdırılma xidməti ilə bağlı rəy bildirə və şikayət edə bilər. Vasitəçi şikayətlərə öz mülahizəsinə uyğun olaraq diqqət yetirir, şikayəti araşdırır (zərurət olduqda) və şikayətlərin həllində gələcək fəaliyyət istiqamətinə dair qərar verir. Ayıq sürücü öhdəliklərini əhəmiyyətli şəkildə pozmuşsa və ya bir neçə şikayət almışsa, Vasitəçi Ayıq sürücünün Platformadan istifadəsini müvəqqəti və ya daimi olaraq dayandırmaq hüququna malikdir. 
  12. Bu Qaydalardan qeyd edilmiş öhdəliklərdən hər hansı birinin pozulması Vasitəçi tərəfindən birtərəfli qaydada Platformadan istifadənin məhdudlaşdırılmasına səbəb ola bilər.

    

Ödənişlər:

  1. Hər çatdırılma üçün Ayıq sürücü, Vasitəçinin idarə etdiyi Platforma tərəfindən çatdırılma məsafəsi və vaxtı, tıxac vəziyyəti, hava şəraiti, Ticarət məkanında mövcud olan ayıq sürücü bazası və digər amillər nəzərə alınmaqla dinamik qiymət prinsiplərinə uyğun olaraq hesablanan Faktiki Çatdırılma Qiyməti alacaqdır. 
  2. Ayıq sürücü Müştəri üçün müstəqil podratçı kimi çıxış edir və Faktiki Çatdırılma Qiymətinin bir hissəsi olaraq, Ayıq sürücü Çatdırılma Müqaviləsinə əsasən göstərilən çatdırılma xidməti üçün Müştəri tərəfindən ödənilən Ayıq sürücü haqqı əldə etmək hüququna malikdir. Ayıq sürücü haqqı hər çatdırılma üçün Platforma tərəfindən hesablanır. 
  3. Faktiki Çatdırılma Qiymətinin hesablanmasının təfsilatları sifarişlərin sayı, bazar vəziyyəti, hava şəraiti, təchizat, Ayıq sürücülərin Ticarət məkanındakı mövcudluğu və çatdırılma xidməti ilə əlaqəli digər amillər nəzərə alınmaqla vaxtaşırı olaraq Vasitəçi tərəfindən tənzimlənəcəkdir. 
  4. Vasitəçi, Vasitəçi markasının marketinqində iştirakına görə Ayıq sürücülərə ödəniləcək marketinq haqqı təyin edə bilər. 
  5. Vasitəçi, bu Müddəaları yeniləyərək və Platforma vasitəsilə bunu Ayıq sürücüyə bildirərək Ayıq sürücü üçün tətbiq olunan bu Müddəalardakı haqları və digər haqları təyin etmək hüququna malikdir.
  6. Vasitəçi Ayıq sürücüyə vasitəçilik xidmətləri göstərildiyi üçün Ayıq sürücü tərəfindən Vasitəçiyə ödəniləcək muzdu müəyyən etmək hüququna malikdir.
  7. Vasitəçi, nağd ödəniş istisna olmaqla, Ayıq sürücünün adından Ayıq sürücü haqqı üçün qaimə(lər) hazırlayır və Müştəriyə verir və Ayıq sürücünün adından Müştərinin qaimə(lər) üçün ödənişini qəbul edir. Müştərinin Çatdırılma Müqaviləsindən irəli gələn ödəniş öhdəliyi, ödəniş Vasitəçinin bank hesabına köçürüldükdə və ya vəziyyətə uyğun olaraq, Müştəri Sifariş yerinə yetirildikdə Ayıq sürücü haqqını Ayıq sürücüyə tam nağd şəkildə ödədikdə ödənilmiş hesab edilir. 
  8. Vasitəçi, nağd ödənişlər istisna olmaqla (bu şərtlə ki, Müştəri Ayıq sürücüyə Ayıq sürücü haqqını ödəmiş olsun), bütün Ayıq sürücü haqqı ödənişlərini Müştəridən Ayıq sürücü tərəfindən Vasitəçiyə təqdim edilən Ayıq sürücünün bank hesabına göndərməyi öhdəsinə götürür. İstinad dövrü üçün Ayıq sürücülərə ödənilən məbləğ Vasitəçi tərəfindən müəyyən edilmiş minimum ödəniş həddindən az olduqda və ya balans istinad dövründən sonra mənfi olduğu təqdirdə, heç bir ödəniş edilmir. Ayıq sürücü Vasitəçiyə Agentlik (Vasitəçilik) Muzdu ödəməli olduğu üçün, Vasitəçi Agentlik Muzdu üçün qaimə-faktura hazırlayacaq (zəruri olduqda) və Ayıq sürücüyə verəcək və Agentlik Muzdunu Ayıq sürücüyə edilmiş ödənişə uyğun olaraq Ayıq sürücünün balansından siləcəkdir.
  9. Vasitəçi və Ayıq sürücü arasındakı qaimə-faktura təqdimi və ödənişlər hər istinad dövründən sonra ediləcəkdir. İstinad dövrünü Vasitəçi müəyyən edir. 
  10. Vasitəçi, Müştəriyə, Sifarişi üçün müəyyən edilmiş ödənişi Ayıq sürücüyə nağd şəkildə ödəməsinə imkan verən seçim təqdim edir. Bu halda, Sifariş yerinə yetirildikdən sonra nağd pul ayıq sürücüyə ödənilmiş hesab edilir və bundan sonra Vasitəçi tərəfindən ödənişlərlə bağlı tənzimləmələr həyata keçirilir.  
  11. Ayıq sürücünün Balansı, Sifariş üçün ödəniş Platformada Müştərinin ödəmə kartı və ya Müştərinin aktivləşdirdiyi digər ödəmə üsulları (nağd ödəniş daxil olmaqla) ilə həyata keçirildiyi təqdirdə, Ayıq sürücü haqqına bərabər məbləğdə artır. 
  12. Vasitəçi, öz mülahizəsinə əsasən, Ayıq sürücünün Müştərinin nağd şəkildə ödədiyi Sifarişlərə göndərilməsini məhdudlaşdıra bilər. Vasitəçi həmçinin, öz mülahizəsinə əsasən, Ayıq sürücüyə nağd ödənişlərin edilməsi üçün Ayıq sürücüdən Vasitəçiyə depozit qoymasını tələb edə bilər. 
  13. Vasitəçiyə ödənilməmiş hər hansı əsas məbləğ (yəni, mənfi balans), Ayıq sürücü tərəfindən onun Platformada deaktiv olmasından sonra ən gec 7 gün ərzində Vasitəçiyə ödənilməlidir. 
  14. Ayıq sürücü bu Müddəalara uyğun olaraq ödənişi vaxtı çatdığı tarixdə etmədiyi təqdirdə, vaxtı keçmiş ümumi məbləğdən keçən hər gün üçün 0,1 % faiz ödəməyə borcludur. Ayıq sürücü, Vasitəçiyə, hər hansı vaxtı keçmiş ödənişlərin alınması zamanı ortaya çıxan bütün inzibati, hüquqi və digər xərclərlə birlikdə bütün ağlabatan məsrəfləri (hər hansı borc yığımı agentliyi və ya dövlət qurumu tərəfindən tutulan xərclər daxil olmaqla) ödəməyə borcludur. 
  15. Vasitəçi, borcların ödənilməsi və / və ya borcluların məlumat bazasında məlumatların dərc edilməsi, işlənilməsi və idarə edilməsi, həmçinin kredit verilməsi üzrə qərarlar vermək məqsədi ilə borc məlumatlarının dərc edilməsi üçün Ayıq sürücünün fərdi məlumatlarını (tətbiq edilərsə) və bu Müddəalar çərçivəsində Ayıq sürücünün borcları, məbləği və digər müvafiq məlumatlarını borc yığımı agentlikləri, dövlət qurumları və digər borcun idarə edilməsi xidməti təchizatçılarına ötürmək və dərc etmək hüququna malikdir. 

 

  Məsuliyyət:

  1. Ayıq sürücü, Çatdırılma Müqaviləsinin icrası və Çatdırılma Müqaviləsi çərçivəsində təqdim olunan hər hansı iddialar üçün təkbaşına məsuliyyət daşıyır. Vasitəçi, Çatdırılma Müqaviləsinin yerinə yetirilməməsinə və ya düzgün yerinə yetirilməməsinə görə və Çatdırılma Müqaviləsinin icrası zamanı yaranan yol hərəkəti qaydaları pozuntuları və ya yol-nəqliyyat hadisəsi üçün məsuliyyət daşımır. 
  2. Ayıq sürücü bu Müddəaların tələblərinə riayət edir və müvafiq hallarda, işçilərinin və / və ya podratçılarının da riayət etməsini təmin edir və buradakı şərtlərə və öhdəliklərə və Vasitəçi ilə bağlanacaq hər hansı digər müqavilələrə uyğun hərəkət etməyə razılaşır. Ayıq sürücü və onun işçiləri və / və ya podratçıları bu işçinin və / və ya podratçının davranışından irəli gələn hər hansı bir pozuntuya görə birlikdə və ayrı-ayrılıqda məsuliyyət daşıyırlar.
  3. Vasitəçi, yalnız bu Müddəaların Vasitəçi tərəfindən qəsdən və ya kobud ehtiyatsızlıq üzündən pozulması hallarında Ayıq sürücünün məruz qaldığı zərər və ya əldən çıxmış faydaya görə məsuliyyət daşıyır. 
  4. Ayıq sürücü, Vasitəçini, bu Müddəalara əsasən Ayıq sürücü tərəfindən çatdırılma xidmətlərinin göstərilməsi ilə əlaqəli və ya ondan irəli gələn hər hansı və bütün iddia tələbləri, məhkəmə işləri, hüquqi hərəkət və ya inzibati icraatlar, tələb, itki, zərər, xərc və hər hansı xarakterli məsrəflər, o cümlədən vəkil haqları və xərcləri ilə bağlı kompensasiya ilə təmin edəcəkdir. 
  5. Müştəri, Çatdırılma Müqaviləsinin pozulmasına görə iddia qaldırarsa, Ayıq sürücü Vasitəçini iddia ilə əlaqədar bütün məsuliyyətdən azad edəcəkdir. 
  6. İstifadəçi (Müştəri və Ayıq Sürücü) Platformanın və ya Vasitəçi tərəfindən istifadə olunan hər hansı digər proqram təminatının mənbə kodunun surətini çıxarmamalı, onu dəyişdirməməli, uyğunlaşdırmamalı, yenidən yaratmamalı, yaymamalı, dekompilyasiya etməməli və ya başqa bir şəkildə aşkarlamamalıdır. Vasitəçi, hər bir istinad dövrü üçün çatdırılmalar haqqında məlumatları və statistikanı bu istinad dövrünün bitməsindən sonra bir il müddətində saxlayır. 
  7. İstifadəçi Platformanı icazə verilməmiş və ya qanunsuz məqsədlər üçün istifadə etməyəcək və ya Platformanın düzgün fəaliyyətini pozmayacaq və ya pozmağa çalışmayacaqdır.